BİZİM TƏQVİM: 10 yanvarda dünyada nələr olub?

BİZİM TƏQVİM: 10 yanvarda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 10 yanvarda dünyada nələr olub?

113872

1954-cü ilin bu günü Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. Bu qurğu bir əsrə yaxındır ki, Azərbaycan ərazisinin böyük bir hissəsini işıqla təmin edir. 

Bəs, 10 yanvarda daha hansı hadisələr baş verib?

1. 10 yanvar 1072-ci ildə Robert Oviskar Palermonu fəth edib.

2. 1810-cu ilin 10 yanvarında Napoleon Bonapart və Jozefina Boharnenin nigahı ləğv edilib.

3. 10 yanvar 1861-ci ildə ABŞ Vətəndaş müharibəsi dövründə Florida İttifaqından ayrılıb.

4. 1863-cü ildə Londonda Paddinqton və Farrinqton  stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilib.

5. 10 yanvar 1870-ci ildə Con Rokfeller "Standart Oil Co" şirkətini təsis edib.

6. Birinci Dünya Müharibəsindən sonra yeni savaşlara mane olmaq məqsədiylə 1920-ci ilin 10 yanvarında mərkəzi İsveçrədə yerləşən Millətlər Cəmiyyəti quruldu. Müharibənin qalibləri tərəfindən qurulan bu cəmiyyət Avropada artan avtoritar rejim və sanksiyalarla əlaqədar 1946-cı ildə dağıldı. 

7. Yunan və Türkiyə orduları arasında 1921-ci ilin 6 yanvarından başlayan qarşıdurmalar yunanların İnönü bölgəsindəki Türkiyə mövqelərinə etdiyi hücumlarla ayın 10-da ən yüksək həddinə çatdı. Amma polkovnik İsmət İnönünün başçılığı altında olan Türkiyə Ordusunun müqavimətini qıra bilməyən Yunanıstan hərbi qüvvələri geri çəkilmək məcburiyyətində qaldı.

8. Türkiyənin Qurtuluş Savaşı tarixində Birinci İnönü Döyüşü Mustafa Kamal Paşanın öndərliyilə Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən qurulan nizamlı ordunun qazandığı ilk zəfər sayılır.  

9. 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılan məşhur türk şairi Nazim Hikmət Ran 2009-cu il 10 yanvar tarixində “Resmi Gazete”də dərc olunan qərarla ölümündən 46 il sonra yenidən Türkiyə vətəndaşı oldu.

10. 10 yanvar 2001-ci ildə Vikipediya Nukipediyanın tərkibində fəaliyyətə başlayıb.

10 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev 1922-ci ilin məhz bu günündə anadan olub.

2. Azərbaycan memarlıq məktəbinin parlaq simalarından biri olan Ələsgər Hüseynov 1928-ci ilin bu günü anadan olub. Onun yaratdığı nümunələrdə Qərb və Şərq motivləri, İtaliya və Azərbaycan memarlarının zəngin təcrübəsi üzvi surətdə birləşib. (1928-1976)

3. Azərbaycanın tanınmış bəstəkarı, bir çox sevilən mahnıların müəllifi Elza İbarahimova 1938-ci ilin 10 yanvarında anadan olub.

4. Sevilən şair Baba Vəziroğlu 1954-cü ilin bu günündə anadan olub.

5. Azərbaycan Milli Qəhrəmanı Muxtar Qasımov 1958-ci ilin 10 yanvarında Beyləqanda dünyaya gəlib.  Qarabağ Müharibəsi illərində yüzlərlə yaralı Azərbaycan əsgərinə şəfa verən Muxtar həkim Xocalı facisəsindən sonra taleyini tamamilə cəbhəyə bağlayıb. 1992-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə də hərbi həkim olan Muxtar Qasımov elə həmin il Naxçivanik kəndində qəhrəmancasına həlak olub. (1958 – 1992)

6. Fransanın dünyaşöhrətli modelyeri Koko Şanel 1971-ci ilin bu günü həyatdan köçüb. Onun yaratdığı paltar nümunələri müasir dövrdə də xanımların bəyəndikləri geyimlərdir. Məhz Koko Şanel ilk dəfə qara rəngi dəbə mindirib. Məşhur “Şanel” ətri də onun adı ilə bağlıdır. (1883-1971)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO