“İllər keçdikcə hibrid avtomobillərə maraq artmaqda davam edir. Artıq böyük mühərrikli avtomobillərə tələb azalır və onlar dəyərdən düşməyə başlayır. Qeyd etdiyimiz proses bir qədər də sürətlənəcək”.
Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı çıxış edib.
Onun sözlərinə görə bütün dünyada, xüsusən inkişaf etmiş ölkələrdə artıq hibrid və elektromobillərin kütləvi istehsalına başlanıb:
“Dünya hazırda post-neft dövrünə qədəm qoyur. Hibrid avtomobillərin və elektromobillərin gömrük rüsumundan azad olunması Azərbaycanda da avtomobil alıcılarını tədricən stimullaşdırır. Artıq Azərbaycanda da bu cür avtomobillərə maraq artır. Həmçinin bütövlükdə avtomobil parkının yenilənməsi və köhnə avtomobillərdən tədricən uzaqlaşma prosesi gedir. Bir çox Avropa ölkələrində dizel mühərrikli avtomobillərdən sırf ekoloji standartlarla əlaqədar olaraq imtina gedir. Bu səbəbdən Azərbaycana son dövrlər qismən ucuz dizel nəqliyyat vasitələrinin artımı müşahidə olunur. Hesab edirəm ki, bu proses bir qədər vaxtdan sonra daha da sürətlənəcək”.
Ekspert qeyd edib ki, qonşu Türkiyənin və bəzi MDB ölkələrin təcrübəsinə baxsaq, orada da sözügedən proses müşahidə olunur:
“Hətta yaxın illərdə nəinki benzin, o cümlədən dizel mühəriikli nəqliyyat vasitələrindən də imtinaya keçiləcək. Azərbaycan özü neft ölkəsi olmasına baxmayaraq ölkədə 1 il ərzində az qala yanacağın qiyməti iki dəfə artır. Bu prosesin arxasında bir qədər ekoloji məsələlər də dayanır. Hökumət düşünür ki, bunu dəyişmək üçün bəzən inzibati resurslardan da istifadə etmək lazımdır. Bununla da insanların marağını qənaətedici və kiçik mühərrikli avtomobillərə təşviq edirlər”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:35 / 09.01.2023
Yaxın illərdə bu avtomobillərdən kütləvi İMTİNA ediləcək – Mütəxəssisdən PROQNOZ
Hazırda oxunan: Yaxın illərdə bu avtomobillərdən kütləvi İMTİNA ediləcək – Mütəxəssisdən PROQNOZ
Hazırda oxunan: Yaxın illərdə bu avtomobillərdən kütləvi İMTİNA ediləcək – Mütəxəssisdən PROQNOZ
113843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.