"Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu ilə dünyada müharibə texnikalarını dəyişir".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nəsil haubitsaların təqdimat mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, haubitsalar Türkiyənin gücünə güc qatacaq.
"20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız keçən il 4 milyard 400 milyon dollarla rekord qırdı. 2002-ci ildə müdafiə sənayesində cəmi 56 şirkət fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2 mini keçib. Müdafiə sənayesində tədqiqat və inkişafa ayrılan illik büdcənin 49 milyon dollardan 1,5 milyard dollara yüksəldiyi günlərə çatdıq", - deyə R. T. Ərdoğan əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:26 / 09.01.2023
Türkiyə PUA-larının Qarabağdakı uğurları dünyada müharibə qaydalarını dəyişdirir- Ərdoğan
Hazırda oxunan: Türkiyə PUA-larının Qarabağdakı uğurları dünyada müharibə qaydalarını dəyişdirir- Ərdoğan
Hazırda oxunan: Türkiyə PUA-larının Qarabağdakı uğurları dünyada müharibə qaydalarını dəyişdirir- Ərdoğan
113828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.