Antalyada Asiya Parlament Assambleyasının XIII sessiyası işə başladı

Antalyada Asiya Parlament Assambleyasının XIII sessiyası işə başladı

Hazırda oxunan: Antalyada Asiya Parlament Assambleyasının XIII sessiyası işə başladı

113778

Bu gün Antalyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar iclası işə başlayıb.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, “Dəyişən beynəlxalq dinamikada çoxtərəfliliyin təşviqi” mövzusunda keçirilən tədbirdə dünyanın 27 ölkəsindən parlament nümayəndə heyətləri iştirak edir.

Müzakirələrdə Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarova ilə yanaşı, Şərqi Timor, İran, Səudiyyə Ərəbistanı, Türkmənistan və Yəmənin ali qanunvericilik orqanlarının rəhbərləri iştirak edirlər. İraq, Fələstin, Rusiya və İordaniya nümayəndə heyətləri vitse-spikerlər səviyyəsində təmsil olunurlar.
Müzakirələrin ilk günündə türkiyəli spiker APA-nın baş katibi Məhəmməd Rza Məcidi və Assambleyaya üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Zorlu Törə sessiyaya “fəxri qonaq” kimi dəvət olunub.

Sessiyanın sonunda bəyannamə qəbul ediləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO