Tovuz sakini itkin düşüb - FOTO

Tovuz sakini itkin düşüb - FOTO

Hazırda oxunan: Tovuz sakini itkin düşüb - FOTO

113626

Tovuz sakini, 24 yaşlı qadın  itkin düşüb. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, Tovuz rayon Əsrik Cırdaxan kənd sakini, 1998-ci  il təvəllüdlü Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94  şəhər və (070) 213-64-00  mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO