Rişi Sunak kütləvi tətillərə son qoymaq üçün həmkarlar ittifaqının liderlərini TOPLAYACAQ  

Rişi Sunak kütləvi tətillərə son qoymaq üçün həmkarlar ittifaqının liderlərini TOPLAYACAQ  

Hazırda oxunan: Rişi Sunak kütləvi tətillərə son qoymaq üçün həmkarlar ittifaqının liderlərini TOPLAYACAQ  

113587

Böyük Britaniyanın Baş naziri Rişi Sunak kütləvi tətillərə son qoymaq üçün Britaniya həmkarlar ittifaqının liderləri ilə görüşəcək.

Bizim.Media “Financial Times”a istinadən xəbər verir ki, görüşün Baş nazirin ofisində keçirilməsi planlaşdırılır.

Eyni zamanda, həmkarlar ittifaqları öz üzvlərinin maaşlarının 2022-ci ilin sonunadək son 40 ildə rekord 11%-ə yaxın olan inflyasiya səviyyəsindən yuxarı indeksləşdirilməsində israr etmək niyyətindədirlər.
Artıq yanğınsöndürənlərin həmkarlar ittifaqının rəhbərliyi Nazirlər Kabinetinin bu təşəbbüsünü boş vəd və mənasız piar adlandırıb.

Britaniya həkimləri və tibb tələbələri həmkarlar ittifaqının rəhbəri Emma Ransvik hökumətin dövlət sektorunda maaş artımı statistikasını müzakirə etmək təklifini gülünc adlandırıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında ölkədə artan inflyasiya, real gəlirlərin və yaşayış səviyyəsinin aşağı düşməsi nəticəsində miqyasca çox böyük tətil dalğası başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO