\

\"Karyeramı bitirməklə bağlı söz-söhbət düşəndə…\"

Hazırda oxunan: \"Karyeramı bitirməklə bağlı söz-söhbət düşəndə…\"

11351

“Real”ın futbolçusu Edeb Azar karyerasını nə vaxt bitirəcəyi ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, Azar yaxın müddətdə belə planının olmadığını bildirib.

O, fiziki cəhətdən özünün yaxşı hiss etdiyini də vurğulayıb:

“Bacardıqca çox futbol oynamaq istəyirəm. Bu oyundan zövq almağa çalışıram. Karyeramı bitirməklə bağlı söz-söhbət düşəndə, titullar haqda düşünürəm".

Hazırda prioritetim yaxşı oynamaq və futboldan zövq almaqdır. Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm.

30 yaşım yenicə tamam olub. Fikirləşirəm ki, hələ 5, ya da 6 il də oynaya bilərəm.

Azar zədəsini müalicə etdirir. “Real”ın baş məşqçisi Zinəddin Zidan bildirib ki, futbolçu 2-3 həftədən sonra meydana qayıdacaq. ( Sportinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO