İstehlakçılar kartla, yoxsa nəğd ödənişlərə üstünlük verir? – SORĞU  

İstehlakçılar kartla, yoxsa nəğd ödənişlərə üstünlük verir? – SORĞU  

Hazırda oxunan: İstehlakçılar kartla, yoxsa nəğd ödənişlərə üstünlük verir? – SORĞU  

113504

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğuları çərçivəsində insanların gündəlik həyatda üstünlük verdikləri ödəniş üsulları öyrənilib. 

Bizim.Media xəbər verir ki, rəy sorğusunun nəticələri Azərbaycanda insanların daha çoxunun ödənişlərdə nağd üsuluna üstünlük verdiyini və nağd ödənişlərdən tamamilə imtina etmək istəmədiklərini göstərib.  

Belə ki, respondentlərin 78.6%-i market və mağaza ödənişlərində daha çox nağd üsulu ilə, 20.4%-i, yəni təqribən hər beş nəfərdən biri kartla ödənişlərə üstünlük verdiyini bildirib. 

Nəticələri sorğuda iştirak edənlərin təhsil göstəriciləri üzrə nəzərdən keçirdikdə iki dəfəyə yaxın fərq qeydə alınıb. Belə ki, orta təhsilə malik respondentlərin 15.7%-i, ali təhsilə malik olanların isə 31.9%-i kartla ödənişə üstünlük verdiyini ifadə edib. Nəticələrə əsasən, 18-24 yaş qrupunda olan hər dörd nəfərdən biri (26.1%), 35-44 yaş qrupunda olanların 22.6%-i, 55-64 yaş qrupunda olanların 14.1%-i kartla ödənişlərə üstünlük verir.  

Dövlət sektorunda işləyənlərin 65.9%-i, özəl sektorda muzdlu işləyənlərin 73.7%-i və fərdi əmək fəaliyyəti ilə məşğul olanların 89.4%-i market və mağaza ödənişlərində nağd üsula üstünlük verdiyini bildirib. Həmçinin nəticələrin təhlilinə əsasən, respondentlərin orta aylıq gəlir səviyyəsinin artması ilə nağd ödəniş üsuluna üstünlük verənlərin sayı arasında neqativ əlaqə qeydə alınıb. 
Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO