Nisə Qasımova:

Nisə Qasımova: "Əxlaqı qüsurlu, zorakılığa meyilli kişini mən də döyərəm" – VİDEO

Hazırda oxunan: Nisə Qasımova: "Əxlaqı qüsurlu, zorakılığa meyilli kişini mən də döyərəm" – VİDEO

113496

"İstər uşaqlıq, istər gənc yaşlarımda, elə indi də gəncəm (gülür). Özümə kompliment deyim. Ümumiyyətlə, özümü heç zaman gözəl hesab etməmişəm. İşıqda gözlərimin rəngi dəyişir. Göz rəngim "xameleon"dur. Axı mən gözəl deyiləm, özümü niyə gözəl saymalıyam?"

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova qonaq olduğu "Açıq söhbət" verilişində deyib.

68 yaşlı sənətkar qəlbinin sındığını, "çilik-çilik" olduğunu dilə gətirib:

"Özümdə qüsurlar və mənfiləri görürəm. Zahiri görünüşümdə "kaş" dediyim məqamlar var. Məndən soruşsanız ki, nə işlə məşğulsan, cavab verəcəyəm ki, etdiyim səhvləri və yalnışlıqları düzəltməklə məşğulam. Hər bir insan istəmədən də qəlb sındıra bilər. Bundan ağır şey yoxdur. O qədər qəlbim sınıb ki... Əslində, qəlbim çilik-çilikdir. Qəlbimi yapışdırmağa başlamışam. Belə rahat oluram".

Verilişin aparıcısı Zamirə Dadaşovanın "Azərbaycanda statistik məlumatlar yayılıb. Bildirilib ki, ailələrdə 81 bəy xanımlar tərəfindən zorakılığa (döyülüb - red.) məruz qalıb" sözlərinə Xalq artisti heyrət içində qalıb. 

N.Qasımova sözügedən məsələyə sərt reaksiya verib:

"Bir qadın həyatında bir dəfə kişinin əlinin qüvvəsini görməlidir. Kişilər isə qadınlara qarşı diqqətli olmalıdır. O bir dəfə elə olsun ki, qadın bilsin ki, gəlir o əlin qüvvəsi... O ailədə ki kişi döyülür, söz tapmıram deməyə. Əgər o kişinin sosial şəbəkələrdəki iyrəndiyim məsələlərlə əlaqəsi varsa, onu mən də döyərəm. Yəni, əgər o kişinin əxlaqında qüsur, ağlında çaşqınlıq, zorakılığa meyli varsa, o kişini özüm döyərəm. Normal kişini kim döyər? Bəlkə də araşdırsan, görərsən ki, o kişi düz əməlli insan da deyil".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO