Qubanın küçələrini su basdı

Qubanın küçələrini su basdı

Hazırda oxunan: Qubanın küçələrini su basdı

113492

Quba şəhərində su borusu partlayıb, küçələri su basıb. 

Bu barədə Bizim.Media-ya Quba rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov məlumat verib. 

Bildirilib ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Prospektin əsas su borusu partlayıb. 

Nəticədə şəhərin Ə.Orucov və A.Hüseynov küçələri subasmaya məruz qalıb. 

Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda qəzanın aradan qaldırılması və borunun bərpası istiqamətində işlər həyata keçirilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO