Kəlbəcərdəki hərbi hissələr elektrik enerjisi ilə təchiz EDİLDİ - RƏSMİ - VİDEO

Kəlbəcərdəki hərbi hissələr elektrik enerjisi ilə təchiz EDİLDİ - RƏSMİ - VİDEO

Hazırda oxunan: Kəlbəcərdəki hərbi hissələr elektrik enerjisi ilə təchiz EDİLDİ - RƏSMİ - VİDEO

113328

“Azərişıq” ASC Kəlbəcərdəki hərbi hissələri və xüsusi dövlət əhəmiyyətli obyektləri elektrik enerjisi ilə təchiz edib. 
 
Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib. 
 
Qurumun açıqlamasında deyilir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş görülür. 
“Rayon ərazisində genişmiqyaslı işlər bu gün də aparılır. Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir", - açıqlamada deyilir. 

“Azərişıq”dan bildirilib ki, işlər çərçivəsində 23 km-dan artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib: 

"12 km-dən çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dən artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO