Səsi batan Bahar 30 minlik TOYLARINDAN OLDU - VİDEO 

Səsi batan Bahar 30 minlik TOYLARINDAN OLDU - VİDEO 

Hazırda oxunan: Səsi batan Bahar 30 minlik TOYLARINDAN OLDU - VİDEO 

113326

“Bu yaxınlarda səsim batdı. Bunu deməkdən utanmıram. 30 min manatlıq gələn toy təkliflərinə rədd cavabı verdim. Aldığım behləri belə qaytardım. Xanəndə və həmkarım Babək Niftəliyevi pis vəziyyətdə qoydum”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

Səhhətində yaranmış ciddi problemlərə görə, səsinin batdığını açıqlayan sənətçi bildirib ki, aldığı bütün behləri toy sahiblərinə geri qaytarıb: 

“Beh alanda heç zaman onu xərcləmirəm. Onu saxlayıram. Çünki hər an hər şey ola bilər. Məsələn ayağım sınar və toya gedə bilmərəm. Bir-bir toy sahiblərinə zəng vurdum. Kimi ki öz yerimə həmin toylara göndərdim onlardan pul almadım. Belə şeylər gərəksizdir. Hərçənd onlar mənə o pulu verməyə çalışdılar, amma götürmədim”. 

Səsi batan Bahar söyləyib ki, o, Rusiyadakı toyda fonoqramla çıxış edib:

“Toy sahiblərinə dedim ki, bronxlarımda, ağciyərlərimdə problem var. Nəfəs ala bilmirəm. Toyda isə ifa edə biləməyəcəyəm. Bəzi toy sahibləri isə söylədilər ki, behi qaytarın, gəlməyin. Biz sizin məclisdə fonoqram oxumağınızı istəmirik. Biz sizi yalnız canlı dinləmək istəyirik. Amma oldu ki, Rusiyaya toya getdim. Onlar dedilər ki, biz 21 il niyyət etmişik ki, övladımızın toyunda siz oxuyasınız. Ona görə də gedib orada fonoqram oxudum”.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO