“Hegemon insanam!”
Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli “Şou xəbər” verilişinə müsahibəsində deyib.
Ötən ildən bəri rəqqasə Fatimə Fətəliyeva ilə “qanlı bıçaq” olan sənətçi qarşı tərəfin peşəsini bu sözlərlə ifadə edib:
“Zəngin, pullu, hörmətli insanların qabağında rəqs edib pul qazanmaq işidir. Hərənin öz işi var. Bu onun peşəsidir”.
F.Fətəliyevanı məhkəməyə verən N.Səfərli tələb etdiyi 50 min manatlıq təzminatdan da söz açıb. Şairə bildirib ki, məhkəməni udduğu halda alacağı pula rəqs paltarları tikdirəcək:
“Əgər Fatimə ilə məhkəməni udaramsa, alacağım 50 min manatın hamısına rəqs paltarı tikdirəcəyəm. Ehtiyacı olan rəqqasələrə bağışlayacağam. Rəqqasənin bədəni, vücudu işləyir. Amma mənim beynim işləyir. İstəyirsən 100 kiloqram olum. Pul qazanan yerim başımdır. Birdəfəlik bunu anlayın. Sabah yamaqlı bir donla çıxaram efirə, reytinqləri partladaram. Çünki donum deyil, beynimdir məni partladan”.
Qeyd edək ki, Nazilə Səfərli bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, barışığın baş tutması üçün Fatimə Fətəliyeva ondan üzr istəməlidir.
Nazilənin bu açıqlamasına Fatimə sosial şəbəkə hesabında canlı yayım açaraq, qarşı tərəfə heç bir üzrxahlığın olmayacağını dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:02 / 06.01.2023
Nazilə Fatiməyə SATAŞDI: “Rəqqasənin vücudu işləyir, mənimsə başım” – VİDEO
Hazırda oxunan: Nazilə Fatiməyə SATAŞDI: “Rəqqasənin vücudu işləyir, mənimsə başım” – VİDEO
Hazırda oxunan: Nazilə Fatiməyə SATAŞDI: “Rəqqasənin vücudu işləyir, mənimsə başım” – VİDEO
113307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.