Balakən Olimpiya idman kompleksində yeniyetmə və gənclər arasında "Birlikdə üzək" üzgüçülük yarışı keçirilib.
Bizim.Media-nın yerli bürosu Balakən gənclər və idman idarəsinə istinadən bildirir ki, rayonda bir çox idman növləri inkişaf edir.
Xüsusən güləş və boks idmanı üzrə xeyli yeniyetmə və gənc bu idman növündə yerli və beynəlxalq yarışlara qatılır.
Olimpiya idman kompleksində üzgücülük hovuzu olsa da, gənclərin kütləviliyi elə də hiss olunmur. Elə bu məqsədlə “Birlikdə üzək” yarışları keçirilib. Əsas məqsəd su idman növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.
Yarışların başa çatması münasibəti ilə təltifetmə mərasimi keçirilib. Rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək ilk dəfə yarışlara qatılan və yüksək nəticə göstərən gəncləri təbrik edib, bu idman növündə daha yüksək naliyyətlər əldə etmək üçün məşqçilərin nəzarəti altında üzgüçülüyü davam etdirmələrini tövsiyyə edib.
Balakən Olimpiya idman kompleksində üzən idmançıların nəticələrinə əsasən birinci yerə layiq görülmüş üzgüçülərə Balakən Olimpiya idman kompleksinin aylıq abunə kartları, qalib idmançılara isə diplom və medallar təqdim olunub .
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:21 / 06.01.2023
Balakəndə “Birlikdə üzək” YARIŞLARI – FOTO
Hazırda oxunan: Balakəndə “Birlikdə üzək” YARIŞLARI – FOTO
Hazırda oxunan: Balakəndə “Birlikdə üzək” YARIŞLARI – FOTO
113281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.