Messi ilin idmançısı seçildi

Messi ilin idmançısı seçildi

Hazırda oxunan: Messi ilin idmançısı seçildi

113280

Fransanın "L'Équipe" nəşri Argentina yığmasının kapitanı Lionel Messini 2022-ci ilin ən yaxşı idmançısı seçib.

Bizim.Media xəbər verir ki, hücumçu "L'Équipe" qrupunun redaksiya heyətinin jurnalistləri arasında keçirilən gizli səsvermənin nəticələrinə görə hər il verilən "Çempionlar çempionu" adını qazanıb.

Səsvermədə L.Messi 808 xal toplayıb. Fransalı hücumçu Kilian Mbappe 381 xalla ikinci olub. İlk üçlüyü (285) ispan tennisçi Rafael Nadal qapayıb.

Xatırladaq ki, Lionel Messi ötən il Argentina millisi ilə futbol üzrə dünya çempionu olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO