Ərdoğan Ukrayna və Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu AÇIQLADI  

Ərdoğan Ukrayna və Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu AÇIQLADI  

Hazırda oxunan: Ərdoğan Ukrayna və Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu AÇIQLADI  

113227

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışığı zamanı Rusiya ilə davamlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb. 

Söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki vəziyyət müzakirə edilib.

Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyəti sabitləşdirmək üçün diplomatik dəstəyini ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO