Balakəndə bir ailə evsiz qalıb.
Yanğın onların 4 otaqlı yenicə təmirdən çıxan evini bir andaca külə döndərib.
Hadisə yerindən eksklüziv görüntüləri ancaq Bizim.Media-da izləyə bilərsiniz.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qurbanovların evi və mənzildəki əşyalar tamamilə yanıb.
Yanğın Balakən şəhəri Mehdi Hüseynzadə küçəsində, Seyfullah Qurbanova məxsus, ümumi sahəsi 135 kv/m olan kürsülü birmərtəbəli 4 otaqlı mənzildə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.
Ev sahibi Seyfulla Qurbanov Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, yanğın baş verən anda oğlu, gəlini və nəvələri ilə birlikdə evdə olublar. Lakin yanğın evin damında baş verdiyindən xəbərsiz olublar. Yaxınlıqdakı qonşuların müdaxiləsindən sonra ailə evi tərk edib.
Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar başlayıb. Mənzildə baş verən yanğının qısa qapanma və ya digər səbəbdən baş verməsi araşdırmalardan sonra bəlli olacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 05.01.2023
Balakəndə yanğın bir ailəni evsiz qoydu - Son an xilas oldular - FOTO
Hazırda oxunan: Balakəndə yanğın bir ailəni evsiz qoydu - Son an xilas oldular - FOTO
Hazırda oxunan: Balakəndə yanğın bir ailəni evsiz qoydu - Son an xilas oldular - FOTO
113219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.