Paşinyandan Laçın yolu ilə bağlı Rusiyaya ÇAĞIRIŞ – “Daha məzmunlu addımlar gözləyirik”

Paşinyandan Laçın yolu ilə bağlı Rusiyaya ÇAĞIRIŞ – “Daha məzmunlu addımlar gözləyirik”

Hazırda oxunan: Paşinyandan Laçın yolu ilə bağlı Rusiyaya ÇAĞIRIŞ – “Daha məzmunlu addımlar gözləyirik”

113177

Ermənistan Baş naziri Nikol Paşinyan Laçın yolundakı aksiya ilə bağlı çağırış edib. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verri ki, bu barədə Ermənistanın Baş naziri hökumətin yanvarın 5-də keçirilən iclasında danışıb. 

"Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən sülhməramlı kontingenti Qarabağda yerləşən BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyadan daha məzmunlu addımlar gözləyirik. Laçın dəhlizinin öz nəzarətində saxlanılması Moskvanın birbaşa öhdəliyidir”, - deyə o bildirib. 

Paşinyan həmçinin Laçın dəhlizinə və Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin zəruriliyini də diqqətə çatdırıb. 

Qeyd edək ki, Xankəndi-Laçın yolu üzərində azərbaycanlı ekofəllar və QHT nümayəndələrinin dinc aksiyası 25 gündür davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO