“Quş ətinin istehsalına imkan verilmir” - Quşçular Cəmiyyətinin sədri

“Quş ətinin istehsalına imkan verilmir” - Quşçular Cəmiyyətinin sədri

Hazırda oxunan: “Quş ətinin istehsalına imkan verilmir” - Quşçular Cəmiyyətinin sədri

11314

“Xaricdən quş əti gətirib mağazaları doldururlar, yerli quş əti isə satılmır. Hər zaman müraciətlərimiz olur ki, xaricdən quş əti idxalı dayandırılsın. Yerli istehsal ölkəni bu ətlə təmin edir. Amma buna imkan verilmir. Açıq bazar olduğu üçün sahibkar rahatlıqla bu işlə məşğul olur”.

Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycanda quş qripi riski böyükdür'' - AQTA


Onun sözlərinə görə xaricdən quş ətinin idxal olunmasına səbəb orada qiymətlərin Azərbaycandan daha ucuz olmasıdır:
 

“Xaricdə quş əti Azərbaycandakından nisbətən ucuzdur. Çünki avadanlıq, yem və yem əlavələri, lazım olan xammalı özləri istehsal edirlər. Biz isə bunların hamısını xaricdən idxal edirik. Bu səbəbdən quş əti ölkəmizdə nisbətən bahadır.


Qiymət ucuz olduğu üçün alıcılar xaricdən gətirilən quş ətinə daha çox önəm verirlər. Amma Azərbaycanda istehsal olunan quş əti xaricdəkindən daha keyfiyyətlidir. Xaricdən idxaldansa, yerli istehsala önəm verilməlidir. İstehlakçıların tələbatı yerli istehsalın tələbinə uyğun təmin olunmalıdır”. 

Yerli istehsal hər zaman normal səviyyədə olduğunu vurğulayan Aydın Vəliyev bazara lazım olan səviyyədə ət çıxarıldığını deyib:

“Xaricdən quş əti idxal olunursa, bu o demək deyil ki, yerli istehsal normal deyil. İl ərzində 120 min tondan çox quş əti, 1 milyard 600 milyon ədəd isə yumurta istehsal olunur. Yumurta xaricdən gətirilmir. Çünki xaricdə yumurtanın qiyməti bizdən bahadır”. 

Azərbaycandan xarici bazara quş ətinin ixraçına gəlincə Quşçular Cəmiyyətinin sədri məsələnin hələki gündəmdə olmadığını deyib:

“Bu, nəzərdə tutulur və gələcyin işidir”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Tədbirlər çərçivəsində Almaniya, Belçika və Fransadan quş ətinin idxalı məhdudlaşdırılıb. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO