Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.
Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.
42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb.
Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi tamamilə kül olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:05 / 03.01.2023
Bakıdakı dəhşətli qəzanın baş verdiyi ərazidə son vəziyyət: “Opel” kül olub
Hazırda oxunan: Bakıdakı dəhşətli qəzanın baş verdiyi ərazidə son vəziyyət: “Opel” kül olub
Hazırda oxunan: Bakıdakı dəhşətli qəzanın baş verdiyi ərazidə son vəziyyət: “Opel” kül olub
112902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.