Qax Dövlət Kukla Teatrında bayram tədbirləri bu tarixədək davam edəcək – FOTO

Qax Dövlət Kukla Teatrında bayram tədbirləri bu tarixədək davam edəcək – FOTO

Hazırda oxunan: Qax Dövlət Kukla Teatrında bayram tədbirləri bu tarixədək davam edəcək – FOTO

112887

Kukla teatrında yanvar ayının 2-dən başlayaraq bayram şənliklərinə start verilib. Balaca tamaşaçıların teatra marağını nəzərə alan kollektiv gün ərzində iki dəfə səhnəyə çıxır. Körpə fidanları əyləncəli bayram proqramı ilə sevindirən yaradıcı kollektiv onlara əsl əhval-ruhiyyə bəxş etməyi bacarır. Bu isə növbəti tamaşalarda kütləviliyə səbəb olur.

Bu barədə Bizim.Media-ya teatrdan məlumat verilib.

Qeyd olunur ki, tədbirin əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edir, onlarla birgə əylənir. Və beləcə tamaşaya keçid edilir.

Bu il yaradıcı kollektiv uşaqların qarşısına daha fərqli bir tamaşa ilə gəlib. Belə ki,  alman uşaq yazıçısı Otfrid Proyslerin “Balaca cadugər” əsəri əsasında səhnələşdirilmiş eyniadlı nağıl-tamaşanın əsas motivi də məhz yeni il və onun qəhrəmanları ilə bağlıdır.

Tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Aynurə Abbasova, Elnarə Razıyeva, Afət Yaqubova, İlmar Abdullayev və başqaları oynayırlar.
Balacaların qış tətilini maraqlı və əyləncəli keçirmələrini nəzərə alan teatrın kollektivi  bayram şənliklərinin yanvarın 6-dək davam etməsini planlayıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO