“Neftçi” millimizin müdafiəçisini transfer edir – ÖZƏL - FOTO

“Neftçi” millimizin müdafiəçisini transfer edir – ÖZƏL - FOTO

Hazırda oxunan: “Neftçi” millimizin müdafiəçisini transfer edir – ÖZƏL - FOTO

112884

Qışda heyətini gücləndirməyi düşünən “Neftçi” transfer fəaliyyətini davam etdirir. 

Klubun gücləndirmək istədiyi mövqelərdən biri də müdafiə xəttidir.

“Zirə”dən ayrılan serbiyalı Andelkoviçlə danışıq aparan “flaqman” başqa bir futbolçuya da “elçi” düşüb.

Bizim Media-nın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi milli komandamızın müdafiəçisi Höccət Haqverdi ilə danışıqlara başlayıb.

Əvvəllər “Sumqayıt”da çıxış edən milliləşdirilmiş futbolçu hazırda Təbrizin “Traktor” komandasında oynayır. Haqverdi ilə danışıqlar artıq son mərhələdədir və “Neftçi”nin qış hazırlığının keçirəcəyi Antalya toplanışına qədər Höccət Haqverdi ilə rəsmi müqavilənin bağlanacağı gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO