Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

112754

Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 5 nəfər həlak olub,

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.
Faktla Cinayət Məcəlləsinin yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO