“Bu il 4 mindən çox terrorçu zərərsizləşdirilib” - Akar 

“Bu il 4 mindən çox terrorçu zərərsizləşdirilib” - Akar 

Hazırda oxunan: “Bu il 4 mindən çox terrorçu zərərsizləşdirilib” - Akar 

112632

24 iyul 2015-ci il tarixindən indiyədək Türkiyədə, eləcə də Şimali İraq və Suriyada 37 312, 2022-ci ilin əvvəlindən isə 4 009 terrorçu zərərsizləşdirilib.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bildirib ki, müdafiə idarəsi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirib və yeni 2023-cü ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyur.

Nazir qeyd edib ki, Türkiyə qlobal və regional səviyyədə hadisələrin sürətlə dəyişdiyi bir dövr yaşayır, artan risk və çağırışlar səbəbindən təhlükəsizlik məsələləri ön plana çıxıb.
“Biz bütün hadisələri diqqətlə izlədik, ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa çalışdıq. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü yaxınlaşdıqca, dövlətimizin başçısı tərəfindən qurulan çoxşaxəli əlaqələr sayəsində ölkə beynəlxalq arenada ciddi çəki qazanır”, - Akar bildirib.

Nazir Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlara da diqqət çəkib.

“Bu il başda FETÖ, YPG (PKK-nın Suriyadakı qanadı) və İŞİD olmaqla bütün terror təşkilatlarına qarşı fəal mübarizəmizi davam etdirdik. Ölkəmizin bütün 85 milyon vətəndaşının təhlükəsizliyini təmin etmək əzmindəyik”, - milli müdafiə naziri deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO