Tolikin iddialarına Gənclər və İdman Nazirliyindən 3 başlı cavab - VİDEO

Tolikin iddialarına Gənclər və İdman Nazirliyindən 3 başlı cavab - VİDEO

Hazırda oxunan: Tolikin iddialarına Gənclər və İdman Nazirliyindən 3 başlı cavab - VİDEO

112477

MuzTV-də yayımlanan “Tarixin bir günü” verilişində Gənclər və İdman Nazirliyinin ünvanına çox sərt ittihamlar səslənib. Həm verilişin aparıcısı Tarix Əliyev, həm də verilişin qonaqları iddia ediblər ki, Azərbaycandan Beynəlxalq yarışlara gedən idmançılar yol xərclərini özləri çəkir.

Halbuki, bu məqsədlə hər il dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılır. Həmin vəsaitlər səmərəsiz xərclənir.

Səslənən iddialarla bağlı Gənclər və İdman Nazirliyi ilə saxladıq. Qurumun sözçüsü Qabil Mehdiyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, Tarix Əliyevin səsləndirdiyi fikirlərin bir qismi həqiqətə uyğundur:

“Çünki, Beynəlxalq yarışlara idmançılar bir neçə xətt üzrə qatılırlar. İdmançıların bir qismi Nazirliyin, bir qismi müvafiq Federasiyaların, bir qismi isə öz şəxsi təşəbbüsləri ilə yarışlara qatılırlar. Təbii ki, belə vəziyyətdə Nazirlik ancaq özü göndərdiyi idmançıları maliyyələşdirir. Digər variantlarda isə Nazirlik məsuliyyət daşımır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO