Taekvondo üzrə millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 

Taekvondo üzrə millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 

Hazırda oxunan: Taekvondo üzrə millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 

112347

Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub. 

Bizim.Media Azərbaycan Taekvando Federasiyasının saytına istinadən xəbər verir ki, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib. 

2014-17-ci illərdə də millinin “sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və Olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək. 

Azərbaycan Olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçularımız onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib. 

Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO