Qubada şəhidlərlə bağlı silsilə tədbirlər keçirilib - FOTO

Qubada şəhidlərlə bağlı silsilə tədbirlər keçirilib - FOTO

Hazırda oxunan: Qubada şəhidlərlə bağlı silsilə tədbirlər keçirilib - FOTO

112319

Bu gün Qubada şəhidlərlə bağlı silsilə tədbirlər keçirilib.

Bizim.Media-nın şimal bürosunun mməlumatına görə, Quba İH-də keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabr ayının 5-də təltif etdiyi şəhidlərin mükafatları ailələrinə çatdırılıb.

Rayon rəhbərliyinin, DTX-nin rayon şöbəsi rəisinin, yerli YAP sədrinin, şəhid ailələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba İH başçısı Ziyəddin Əliyev əvvəlcə 2022-ci ilin yekunlarından danışıb. Qarşıda duran vəzifələrə toxunan İH başçısı qarşıdan gələn 2023-cü ildə də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının daha da artacağını söyləyib. Sonra rəsmilər şəhid ailələrinə Prezident təltiflərini təqdim ediblər.

Sentyabr şəhidi, Qubanın İsnovqışlaq kəndindən olan Ümid İlqar oğlu Həcənovun "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı, Vətən Müharibəsi şəhidləri Miqdat Faiq oğlu Abduləlimovun, Murad Asəf oğlu Həbibovun, Əli Bəxtiyar oğlu İbrahimovun, Eynulla Hiyyətulla oğlu Lətifovun  "3-cü dərəcəli Vətənə Xidmət" ordenləri şəhidlərin valideynlərinə təqdim olunub.

Şəhid valideynləri göstərilən diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə  minnətdarlıq ediblər.

Sonra imtiyazlı iki ailəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin xətti ilə inşa edilən mənzillər təqdim olunub. Əvvəlcə İsnovqışlaq kəndində 1-ci Qarabağ əlili Asif Rəhimova  yeni mənzilin açarı təqdim olunub.

Qubanın Birinci Nügədi kəndində yaşayan Birinci Qarabağ Müharibəsi şəhidi Pərviz Əkrəm oğlu Şirinbəyovun anası Qalina Şirinbəyovaya da yeni mənzilin açarı verilib.
Əslən Ukraynadan olan Qalina Şirinbəyova rayon rəhbərliyini və qonaqları Azərbaycan milli adət-ənənəsinə görə duz-çörəklə qarşılayıb.

Yeni mənzil alan şəhid anası və Qarabağ əlili Prezidentə onlar üçün  yaradılan şəraitə görə təşəkkür ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO