Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirildi

Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirildi

Hazırda oxunan: Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirildi

112262

Prezident yanında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisləri Komissiyanın yeni tərkibinə daxil edilib.

Digər dəyişikliklə Dövlət Mülki Aviasiya Administrasiyasının (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyidir - red.) direktoru tərkibdən çıxarılıb.
Qeyd edək ki, Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO