Azərbaycanda ümumi daxili məhsulun artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi daxili məhsulun artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda ümumi daxili məhsulun artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

112114

"Bu ilin yekunlarına görə, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 5-6 faiz səviyyəsində gözlənilir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru jurnalistlərə açıqlamasında Ruslan Əlixanov deyib.

Onun sözlərinə görə, ölkəmiz adambaşına düşən ÜDM-nin həcminə görə MDB ölkələri arasında lider mövqe tutur.

"Qeyd edim ki, investisiya holdinqinə daxil olan bir sıra şirkətlər 2022-ci ili mənfəətlə başa vuracaq. Bəziləri bu ili rekord göstəricilərlə tamamlayacaq. Təbii ki, bütün maliyyə göstəriciləri ictimaiyyətə açıqlanacaq", - deyə baş icraçı direktor vurğulayıb.

A.Əlixanov bildirib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir.

“Xatırlatmaq istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu yaxınlarda ASCO-ya 100 milyon dollarlıq kredit verib ki, bu da onun sabitliyindən və ona inamdan xəbər verir”, - deyə o, əlavə edib.

Qeyd edək ki, dekabrın 28-də ASCO istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib.

İstiqrazların nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi isə 6% təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO