Arestoviç: “Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibət qurmaqdan başqa yolu yoxdur” – VİDEO

Arestoviç: “Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibət qurmaqdan başqa yolu yoxdur” – VİDEO

Hazırda oxunan: Arestoviç: “Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibət qurmaqdan başqa yolu yoxdur” – VİDEO

112079

“Yoxsul vəziyyətdə olan Ermənistan tarixi yanlışlıqla bir vaxtlar Rusiyanı seçmişdi. İndi o səhvlərin cəzasını çəkir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç “Feyqin LİVE” telekanalının yayımında danışıb.

“Erməni tərəfi getdikcə daha çox itirəcək”, - deyə Arestoviç Kremlin Ermənistanı Rusiya və Belarus Birlik Dövlətinə cəlb etmək cəhdinə erməni tərəfinin kəskin reaksiyasını şərh edərkən bildirib.

Ukraynalı siyasətçinin fikrincə, Ermənistan Rusiyanın “hiyləsinə” məruz qalıb.

“Mən analoq tapa bilmirəm. Birincisi, Ermənistanı tam asılı vəziyyətə salmaq. Ermənistan Rusiyasız pis vəziyyətdə idi, nəticədə bu vəziyyətə gətirildi. Hamısı ona görə idi ki, onlar (ermənilər - red.) revanşist ideyalar üzərində “oturublar” və qonşuları - Gürcüstan, Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaq istəmirlər.

İrəvan Moskvadan tam asılı vəziyyətə salındı, sonra isə Kreml Azərbaycan və Türkiyə ilə razılaşdı və canfəşanlıqla onları öz müştərilərinə çevirdi. Ermənistan sadəcə atılmış bir "uşaq" dır. Ermənilər ümid edirdilər ki, Rusiya onları müdafiə edəcək. Nə müharibə zamanı, nə də müharibədən sonra kömək etmədi. 

Paşinyan indi MDB sammitində (dekabrın 26-27-də Sankt-Peterburqda) Putinlə çox kəskin danışıb, onu birbaşa Rusiya sülhməramlılarının funksiyaları yerinə yetirmək istəməməsində ittiham edib”, - deyə Arestoviç bildirib.
“Lakin Ermənistan özünün çətin yolu ilə gedir. 30 ildir ki, aldanıblar və səhvlər ediblər. Moskva korrupsiya bataqlığında olan Qarabağ klanının hakimiyyətə gəlməsinə kömək etdi. Baxmayaraq ki, onların ABŞ, Fransa, Yunanıstan və s. ölkələrlə də əlaqələri var idi. İndi erməni xalqı və rəhbərlik Rusiya ilə nəsə etmək məcburiyyətində qalacaq. Paşinyan hədələyib ki, əgər Rusiya  heç nə etməsə, yanvarın ortalarına kimi Ermənistan KTMT və MDB-dən çıxacaq. Sonra onlar Gürcüstan, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibət quracaqlarmı?”, -Ukrayna Prezident Aparatının nümayəndəsi vurğulayıb.

Onun fikrincə, ermənilər üçün ən yaxşı çıxış yolu qonşuları ilə normal münasibətlər qurmaq, əməkdaşlıq etməkdir: “Üstəlik, qonşular bunu ardıcıl olaraq əlverişli şərtlərlə, xüsusən də iqtisadi cəhətdən təklif edirlər. Bu, Şərqdir: hamı başa düşür ki, ticarət döyüşməkdən yaxşıdır və müharibəyə yalnız son çarə kimi müraciət etmək lazımdır. Ermənistan bu iki odun arasındadır”, – Arestoviç qeyd edib.
“Erməni xalqına, Ermənistan rəhbərliyinə öz maraqları naminə ağlabatan, rasional hərəkət etmələrini arzulayıram. Ermənistan, yəqin ki, keçmiş Sovet İttifaqının ən yoxsul ölkəsidir və bu yoxsulluq birbaşa Moskvanın “köməyinin” nəticəsidir. SSRİ-nin yüz illiyi və şəxsi piar naminə Putin onları Birlik Dövlətinə (Rusiya-Belarus) qatmaq istəyir. Erməni xalqı ilə öz milli maraqlarını seçməlidir”, - deyə Arestoviç yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO