Azərbaycan Vəkillər Kollegiyası tərəfindən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanır.
Bizim.Media xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O bildirib ki, dəyişiklik ekosit barədədir:
"Bilirsiniz ki, ermənilər tərəfindən Azərbaycan ekologiyasına böyük zərər dəyib və bu proses davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Buna görə də kollegiyanın tərkibində fəaliyyət göstərən cinayət hüququ qrupu müvafiq təkliflər hazırlayıb.
Təklif edirik ki, Cinayət Məcəlləsinə ekosit adlı maddə əlavə edilsin. Əgər çox ciddi, uzun sürən ekoloji terror aşkarlanarsa, belə bir maddə ilə məsuliyyət yaransın. Azərbaycan Cinayət Məcəlləsində belə bir maddənin olması gələcəkdə ekositin baş verməsinin qarşısını ala biləcək.
Ümid edirəm ki aidiyyəti qurumlar bu məsələyə müsbət cavab veriləcək və Cinayət Məcəlləsinə belə bir maddə əlavə ediləcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:21 / 28.12.2022
Azərbaycan ekoloji terrorun qarşısını necə alacaq?
Hazırda oxunan: Azərbaycan ekoloji terrorun qarşısını necə alacaq?
Hazırda oxunan: Azərbaycan ekoloji terrorun qarşısını necə alacaq?
112055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.