Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.
Hazırda Seymur Talıbova məxsus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır.
Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənara çıxararaq, biznes qurduğu məlum olub.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 28.12.2022
Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu - Aeroportdan qaytarıldı
Hazırda oxunan: Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu - Aeroportdan qaytarıldı
Hazırda oxunan: Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu - Aeroportdan qaytarıldı
112039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.