“Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlarda nəticələr var” – XİN

“Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlarda nəticələr var” – XİN

Hazırda oxunan: “Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlarda nəticələr var” – XİN

111927

“İl ərzində Azərbaycan və Aİ arasında bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq davam etdirilib”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın Aİ ilə əməkdaşlığının hüquqi əsasını təşkil edəcək yeni ikitərəfli saziş üzrə danışıqlar aparılır:

“Bir sıra nəticələr var. İyul ayında Aİ-Azərbaycan əməkdaşlıq şurası keçirilib. Dekabr ayında Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin toplantısı olub və Azərbaycan orada təmsil olunub, öz mövqeyini çatdırıb”.
Nazir daha sonra vurğulayıb ki, 2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb. 

O bildirib ki, Azərbaycanla NATO arasında praktiki əməkdaşlıq davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO