Milli Məclisin bu gün keçirilən iclasında pensiya amnistiyasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.
Gündəliyə “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) daxil edilib.
Qeyd edək ki, qanun layihəsinə dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:45 / 27.12.2022
Pensiya amnistiyası parlamentdə müzakirəyə çıxarılacaq
Hazırda oxunan: Pensiya amnistiyası parlamentdə müzakirəyə çıxarılacaq
Hazırda oxunan: Pensiya amnistiyası parlamentdə müzakirəyə çıxarılacaq
111838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.