BİZİM TƏQVİM: Azərbaycanın çərxini döndərən MƏĞLUBİYYƏT

BİZİM TƏQVİM: Azərbaycanın çərxini döndərən MƏĞLUBİYYƏT

Hazırda oxunan: BİZİM TƏQVİM: Azərbaycanın çərxini döndərən MƏĞLUBİYYƏT

111760

Eramızdan əvvəl 66-cı ilin məhz bu günündə Alban hökmdarı Qroysun (Aruz) ordusu ilə Pompeyin ordusu arasında döyüş olub. Tarixdə bu “Kür döyüşü” kimi qalıb. 40 min ordu ilə məğlub olan Aruz Pompeyin qabağını ala bilmir və o, Göyçə gölünün üstü ilə Dilcan dərəsi boyu Qazaxı da keçərək Gürcüstana hücum edir. Bundan sonra regionun tarixi yeni istiqmət alır. Elə o vaxtdan ta ərəblər Azərbaycana gələnə kimi, Alban hökmüdarları Roma ilə (Vatikan) hesablaşmalı olurlar.  

Bəs, 27 dekabrda daha hansı mühüm hadisələr baş verib?

1. 27 dekabr 537-ci ildə 532-ci ildəki üsyan zamanı yandırılan Ayasofiya kilsəsinin bərpa işləri tamamlandı və Bizans imperatoru 1-ci Justinianusun da iştirak etdiyi mərasimlə Ayasofiya yenidən ibadətə açıldı.

2. 27 dekabr 1919-cu ildə Mustafa Kamal Paşa və Sivasda seçilən Təmsil Heyəti Ankaraya gəldi. Mustafa Kamal Paşa Ankaranın Dikmən məhəlləsində ankaralılar tərəfindən coşğulu mərasimlə qarşılandı.

3. 27 dekabr 1945-ci Beynəlxalq Valyuta Fondu (BVF) təsis edildi. Həmin gün 29 dövlət BVF-nin Xartiyasını imzaladı. Hazırda BVF öz sıralarında 188 dövləti birləşdirir. Onun strukturlarında 133 ölkədən 2500 əməkdaş işləyir.

4. 27 dekabr 1975-ci ildə Hindistanın Bihar rayonunda mədən ocağında baş verən partlayışda 372 nəfər həyatını itirdi.

5. 27 dekabr 2007-ci ildə Pakistanın keçmiş baş naziri Bənazir Butta seçki fəaliyyətləri üçün getdiyi Ravalpindi şəhərində edilən sui-qəsd nəticəsində həyatını itirdi.

6. 27 dekabr 2008-ci ildə İsrail ordusu Qəzza zolağına bomba yağdırdı. Qəzza şəhəri və ətrafında 230 fələstinli həyatını itirdi.

7. 2008-ci ilin 27 dekabrında Dənizkənarı Milli Parkda Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Formasına görə qədim Azərbaycan musiqi alətlərindən birini - tarı xatırladan binada 350 tamaşaçı yeri olan zal, klub, tədris otaqları və səsyazma studiyası var.

Bəs, bu gün kimlər xatırlanır?

1. 1822-ci ilin 27 dekabrında Fransız kimyaçı alim, mikrobiologiya və immunologiyanın əsasını qoyanlardan biri Lui Paster (1822-1895) anadan olub. O, kimyada stereokimya deyilən yeni istiqamət açıb.

2. 27 dekabr 1936-cı ildə Türkiyə Cümhuriyyətinin milli himni -“İstiqlal marşı”nın sözlərinin müəllifi, şair Mehmet Akif Ersoy İstanbulda həyatını itirib.

3. Tanınmış cərrah İsmayıl Məmmədov 1918-ci ilin bu günündə dünyaya göz açıb. Tibb elmləri doktoru olan İsmayıl Məmmədov öz sahəsində bir çox elmi nailiyyətlərə imza atıb.

4. 27 dekabr 1947-ci ildə tanınmış bəstəkar Fərhad Bədəlbəyli anadan olub. Bir çox musiqi əsərlərinin müəllifi kimi tanınan Fərhad Bədəlbəyli həm də gözəl piano ifaçısıdır. O hazırda Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur.

5. Tanınmış fizik Rəşad Rəhimov da 1948-ci ilin məhz bu günündə anadan olub. Rəşad müəllim fizika elmləri doktorudur.

6. 1922-ci il. Azərbaycanın Xalq Artisti, bəstəkar Oqtay Kazıminin (1922-2010) doğum günüdür. İstedadlı bəstəkar mahnı yaradıcılığı ilə bərabər, tamaşa və operettalara musiqi bəstələyib. Azərbaycanda ilk rok-operanın müəllifidir.

7. Görkəmli opera və muğam ifaçısı, Xalq artisti Əbülfət Əliyev 1990-cı ilin 27 dekabrında vəfat edib. 

8. Türkiyənin tanınmış siyasətçisi, tarixçi, Cümhuriyyətin 5-ci baş naziri Şükrü Saracoğlu 1953-cü ilin məhz bu günündə İstanbulda dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO