Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.
Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, satış Nazirlik tərəfindən hazırlanmış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək.
Portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) təqdim olunur.
Mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təmin ediləcək. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Bu mənzillərdən almaq istəyən şəxslər portala daxil olaraq mənzillərlə tanış ola bilər.
Mənzillərin satışı başlandığı andan mənzili portalda seçən ilk şəxs mənzili almaq hüququ qazanacaq.
Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.
Mənzili seçən şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq. Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 26.12.2022
Yeni sosial layihə - Bu mənzillər satışa çıxarılır
Hazırda oxunan: Yeni sosial layihə - Bu mənzillər satışa çıxarılır
Hazırda oxunan: Yeni sosial layihə - Bu mənzillər satışa çıxarılır
111759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.