Azərbaycan və Özbəkistan 5 il ərzində qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaq niyyətindədirlər.
Bizim.Media xəbər verir ki, müvafiq hazırlıq şənbə günü Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ilə Özbəkistanın baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Jamşid Xocayev arasında Bakıda keçirilən görüşdə elan edilib.
“Görüşdə ticarət əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Qarşılıqlı əmtəə dövriyyəsinin həcminin növbəti 5 il ərzində 1 milyard dollara çatdırılmasına qarşılıqlı hazırlıq ifadə edilib, bununla bağlı bir sıra konkret praktiki tədbirlər razılaşdırılıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, tərəflər perspektivli investisiya layihələrinin roud-şousunun təşkili ilə 2023-cü ilin əvvəlində Daşkənddə Özbəkistan və Azərbaycan regionlarının biznes şurasının növbəti iclasının və birinci forumunun keçirilməsi barədə razılığa gəliblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2021-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 111 milyon 903,4 min dollar, 2022-ci ilin yanvar-noyabr aylarında 164 milyon 259,52 min dollar təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:30 / 26.12.2022
Bakı və Daşkənd qarşılıqlı ticarəti 1 milyard dollara çatdıracaq
Hazırda oxunan: Bakı və Daşkənd qarşılıqlı ticarəti 1 milyard dollara çatdıracaq
Hazırda oxunan: Bakı və Daşkənd qarşılıqlı ticarəti 1 milyard dollara çatdıracaq
111741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.