Gənc qızların yaşlı kişilərə maraq göstərməsinin 3 SƏBƏBİ - Psixoloq AÇIQLADI

Gənc qızların yaşlı kişilərə maraq göstərməsinin 3 SƏBƏBİ - Psixoloq AÇIQLADI

Hazırda oxunan: Gənc qızların yaşlı kişilərə maraq göstərməsinin 3 SƏBƏBİ - Psixoloq AÇIQLADI

111740

“Cavan qızların atası, babası yaşında kişilərlə hər cür əlaqəyə girməsi günümüzün acı reallığıdır. Çünki, indiki qızların arzuları çox fərqlidir. Onlar onu sevən, ona dəyər verən insan yox, ona daha çox pul verən kişi axtarırlar. Qızların çoxunda analıq kimi ülvi arzudan daha çox kiminsə “saxladığı” olaraq bahalı həyat yaşamaq yanğısı var. Bu gün erkən nigahdan çox danışırıq. Amma gənc qızın babası yaşında kişi ilə ilişgi qurmasına adi şey kimi baxırıq. Lakin, bir şeyi unuduruq ki, qorxulası məsələ erkən nigah deyil, qorxulası “həcilər”lə hər cür razılaşmaya gedən gəncliyimizdir”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində tanınmış psixoloq Gülnar Orucova söyləyib.

O əlavə edib ki, cəmiyyətin bu cür neqativ hallara loyal yanaşması yeniyetmə qızlara da sirayət edir:

“Onlar oxumaq, əməyi və vicdanı ilə pul və karyera qazanmaqdan daha çox yüngül həyat hesabına pul qazanmağa daha çox üstünlük verirlər. Yada salaq ki, bir neçə il qabaq “tarqovı”da anaların öz yeniyetmə qızlarını ərəblərə “naçovka”ya göndərmələri haqqında davamlı yazılar yazıldı. Amma sonradan bu da adiləşdi. İndi bəzi valideynlər qızlarının yüngül həyat yaşamasına həvəslə “yaşıl işıq” yandırırlar.  Bir çox valideynlər qızının şou əhli, vayner, bloger, tiktoker olması ilə fəxr edir. Çünki, qızlarının “qazandığı” pullar onların da həyatını dəyişdirir”.

Gənc qızların yaşlı və evli kimişilərə meyl etməsi təkcə pullamı bağlıdır?

Gülnar Orucova bildirdi ki, gənc qızların yaşlı kişilərə maraq göstərməsinin bir neçə səbəbi var:

“Birincisi, yaşlı və evli kişilər daha qorxaq və üzüyola olurlar. Gənc qızla eşq yaşayan yaşlıların tam əksəriyyəti cəmiyyətdə böyük postlar tuturlar. Onlar istəmirlər ki, yaşadıqları gizli eşq faş olsun. Bu məsələ bir çox hallarda onların sonunu gətir bilər. Ona görə də yaşlı kişilər rahatlıqla idarə olunur.

İkincisi, yaşlı kişilər kiminlə münasibətdə olduqlarının fərqindədirlər. Və onların həyatına rəng qatan gənc qızı asanlıqla itirmək istəmirlər. Ona görə də qızların istədiyini məmnunluqla icra edirlər.

Üçüncüsü, yaşlı kişilər gənc qızlara qarşı cox nəzakətli olurlar. Lakin, həmyaşıdları olan oğlanlar qızlara qarşı çox da nəzakətli olmurlar. Gənc oğlanlar əyləndikləri qızları tez-tez təhqir edir, döyür və digər zorakılğa məruz qoyurlar. Ona görə də bu cür xoşagəlməz hallardan sığortalanmaq üçün qızlar qocalara üz tuturlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO