Şəbnəm qızının toy hazırlıqlarını NİYƏ DAYANDIRIB? - VİDEO

Şəbnəm qızının toy hazırlıqlarını NİYƏ DAYANDIRIB? - VİDEO

Hazırda oxunan: Şəbnəm qızının toy hazırlıqlarını NİYƏ DAYANDIRIB? - VİDEO

111684

“Qızım Günelin toy hazırlıqlarını hələki  dayandırmışıq. O hazırda ikinci kursda təhsil alır. Oxuyub, bitirsin sonra toy edərik. Sevən əlbətdə ki, bir-iki il gözləyər. Mənimdə onun üstündə illərimin əziyyəti var.  Onu bu yerlərə gətirmişəm. Arzum olub ki, ali məktəblərin birində təhsil alsın. Oxusun, bitirsin sonra toyu olar. Sevən adam gözləyər”.  

Bizim.Media xəbər verir ki,  bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, övladı onun “Hə”sinin görüntülərinin yayılmasına narazıçılıq edib:  

“Günel uşaqlıqdan efirləri sevmir. Heç sosial şəbəkələrdə də çox görünmür. Onun fotosunu da özüm paylaşmışdım. Gələcək kürəkənim qohum deyil. Onlar bir-birini görüb, seviblər. Qızım nələrisə önə çəkib, qabartmağı sevmir. Hətta qızım bu “Hə” , üzük taxma məsələsinin yayılmasını da istəmirdi. Bizlik də olmadı. Elə oldu ki, bu məsələ kənar şəxs tərəfindən çəkildi, sosial şəbəkə paylaşıldı. Yəni biz yaymadıq. Amma çox şükürlər olsun”.  

Şəbnəm qızının toyunda türk həmkarı Sibel Canı qonaq çağırması məsələsinə də aydınlıq gətirib:

“Bu mənim arzumdur ki, qızımın toyunda Sibel Can iştirak etsin. Çünki o müğənnini çox sevirəm. İmkan və məsləhət olarsa, onu qızımın toyuna dəvət edəcəyik. Olmasa da, o qədər sənət dostlarım və həmkarlarım var ki… Birimiz xeyir iş edəndə bütün sənətçilər orada olur.
Bəlkə də biri oxuya biləcək, biri isə yox. Sənət adamlarının toyları şou proqram kimi keçir. Məsələn,oğlum Əlinin  kiçik toyunda 300 nəfər qonağın 150-si müğənni dostlarım idi. Amma orada 30-40 nəfər müğənni səhnəyə çıxıb, mahnı oxudu. Yəni məclis bir şou kimi keçdi. Hər şey təşkilatçılıqdan aslıdır”.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO