Türkiyəli politoloq Azərbaycanla Ermənistan arasında sülhün ŞƏRTİNİ AÇIQLADI

Türkiyəli politoloq Azərbaycanla Ermənistan arasında sülhün ŞƏRTİNİ AÇIQLADI

Hazırda oxunan: Türkiyəli politoloq Azərbaycanla Ermənistan arasında sülhün ŞƏRTİNİ AÇIQLADI

111680

“Cənubi Qafqazdakı problemlərin həll edilməsinin əsas təməlini Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır. Azərbaycanın ərazi bütövlüyü həll edilmədən, Cənubi Qafqazda sülhün olması mümkün deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Türkiyəli tarixçi, politoloq Mehmet Perinçek söyləyib. Politoloq qeyd edib ki, bu məsələ üçtərəfli bəyanatda da əksini tapıb.

Bəyanatda həm Rusiyanın, həm Ermənistanın, həm də Azərbaycanın imzası var:

“Hər üç ölkə Xankəndinin zamanla Azərbaycana inteqrasiya ediləcəyi, azərbaycanlıların, Xankəndindən olan azərbaycanlıların əraziyə dönəcəklərini imzalarla təsdiqləyiblər. İmzalar yalnız Xankəndi məsələsi üçün deyil, həmçinin Laçın və Zəngəzur dəhlizləri üçün də keçərlidir. Zəngəzur dəhlizinin açılması da olduqca zəruridir”. 

Ermənistan və Rusiyanın imzalarına sadiq qalmasının vacibliyindən danışan Perinçek əlavə edib ki, Cənubi Qafqazda sülh Azərbaycan ərazi bütövlüyü çərçivəsində mümkündür ki, bu zaman bölgədə iqtisadi yüksəliş də təmin ediləcək. Çünki regionun əsas diqtə edəni qalib Azərbaycandır.
 

“Əgər imzalara sadiqlik olacaqsa, bölgədə sülh və istiqrar olacaq. Üçtərəfli bəyanat yerinə yetirələcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülh mümkün olacaq. Belə bir müqavilə isə bölgəyə xarici müdaxilə imkanlarını aradan qaldıracaq.


Azərbaycanın ərazi bütövlüyü əsas götürülərək sülh müqaviləsinin imzalanması xarici güclərin müdaxiləsini sıfıra endirəcək. Sülh yalnız siyasi sabitlik gətirməyəcək. Digər tərəfdən iqtisadi yüksəlişədə səbəb olacaq. İqtisadi yüksəlişin təməlini siyasi sabitlik təşkil edir. Yolların açılmasından yalnız Azərbaycan və Ermənistan deyil, eyni zamanda Türkiyə, Rusiya, hətta İran da qazanacaq. Zəngəzur dəhlizi bu baxımdan çox önəmlidir”, - deyə Perinçek əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO