Eldəniz QƏZƏBLƏNDİ: “Müğənnilərimizin əksəriyyəti insanlarımızda qıcıq yaradır” - VİDEO 

Eldəniz QƏZƏBLƏNDİ: “Müğənnilərimizin əksəriyyəti insanlarımızda qıcıq yaradır” - VİDEO 

Hazırda oxunan: Eldəniz QƏZƏBLƏNDİ: “Müğənnilərimizin əksəriyyəti insanlarımızda qıcıq yaradır” - VİDEO 

111663

“Əgər xanım xanəndə yemək verilişinə gedirsə, səhnə geyimində oraya getməli deyil. Amma muğam oxumayacaqsansa, bu o demək deyil ki, açıq-saçıq libasda verilişə getməlisən. Qeyri-etik geyinib getmək də olmaz! Muğam oxuyan xanım xanəndə şalvar da geyinə bilər. Sırf uzun libas geyinmək vacib deyil. Amma etikanı gözləmək lazımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri 2007-ci ildə “Xalq ulduzu” milli mahnı müsabiqəsinin birinci mövsümünün qalibi, xanəndə Eldəniz Məmmədov “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Həmkarlarının insanlarda hərəkətləri və səsləndirdiyi fikirləri ilə qıcıq yaratdıqlarını söyləyən sənətçi onları sərt şəkildə tənqid edib.

“İnsanlarda qıcıq yaratmaq lazım deyil. O qıcıq yaradanlar bilirlər ki, bu geyim və danışıqları ilə insanlarda qıcıq yaradacaqlar, bilə-bilə edirlər. Amma bunlara yol vermək lazım deyil. Müğənnilərimizin əksəriyyəti insanlarımızda qıcıq yaradır.
Belə yeriyirəm, belə edirəm, qoy nə deyirlər desinlər. Yüzü bəyənməyəcək, beşi isə bəyənəcək. Amma bu yalnış fikirlərdir. Bunlar reytinq deyil. Müvəqqəti məsələlərdir. Ortalığa sənət qoymaq lazımdır. Elə oxuyun ki, tarixdə qalasınız. Gündəlik reytinqə çalışmayın. Milli ruhda nələrsə oxuyun ki, insanların yaddaşında qalasınız”, - deyə Eldəniz vurğulayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO