Qızları Hollivud aktyorunu makiyaj edib, başına parik qoydular - VİDEO

Qızları Hollivud aktyorunu makiyaj edib, başına parik qoydular - VİDEO

Hazırda oxunan: Qızları Hollivud aktyorunu makiyaj edib, başına parik qoydular - VİDEO

111649

Hollivudun məşhur aktyoru Duyen Duqlas Conson paylaşımı ilə izləyicilərin üzünü güldürüb. 

Bizim.Media xəbər verir ki, 50 yaşlı brutal ulduza qızları 7 yaşlı Jasmin və 4 yaşlı Tia makiyaj edib.  

“İlk səhərim qasırğalarımla evdə. Saat 8-ə qədər Duante Klausa Miladdan əvvəl makiyaj etməkdə israr etdilər”, - deyə Conson paylaşdığı görüntülərə şərh yazıb.  

Övladları sənətçinin görünüşünü dəyişmək üçün başına bir hissəsi mavi, digər hissəsi isə çəhrayi rəngli parik qoyublar. Qırmızı boya ilə isə onlar atalarının üzünü boyayıblar. 
Aktyorun qızları ilə əyləncəli videosu isə az zaman çərçivəsində izləyicilər tərəfindən yüzlərlə bəyənmə və şərh gəlib. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO