Şəki Dövlət Dram Teatrında yeni il şənliyinə start verildi – FOTO

Şəki Dövlət Dram Teatrında yeni il şənliyinə start verildi – FOTO

Hazırda oxunan: Şəki Dövlət Dram Teatrında yeni il şənliyinə start verildi – FOTO

111637

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış “Əsl Şaxta baba” adlı şou nağıl-tamaşanın nümayişinə başlanılıb.  

Teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova Bizim.Media-ya bildirib ki, məqsəd Yeni il bayramı ərəfəsində və tətil günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir. 

Onun sözlərinə görə, rusiyalı Natalya Abramtsevanın pyesi əsasında səhnələşdirilən tamaşada (tərcüməçi Lalə Məmmədova-red) Küpəgirən qarının və onun əlaltıları olan Qarğa, Muzey və Bostan müqəvvalarının uşaqların bayram gününü pozmasından bəhs edilir.

Onlar əsl Şaxta babanı yalançı Şaxta baba ilə əvəz etmək istəsələr də, ağıllı Bayquş və qoçaq Dovşanın sayəsində məqsədlərinə çata bilmirlər və hər şey qaydasına düşür.

Əsl Şaxta baba gəlib onların dərsini verir və uşaqlar sevinir. Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov,  geyim üzrə rəssamı Surə İsmayılova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, rəqslərin quruluşçusu isə Elvin Nuridir.
Teatrda Yeni il şənlikləri yanvarın 5-dək davam edəcək.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO