Bakı-Quba yolunda qəza: Ölən var - ÖZƏL

Bakı-Quba yolunda qəza: Ölən var - ÖZƏL

Hazırda oxunan: Bakı-Quba yolunda qəza: Ölən var - ÖZƏL

111553

Bu gün səhər 7.30 radələrində Bakı-Quba yolunun 70-ci km-də, Xızı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Qubanın Ərməkiqışlaq kənd sakini, 67 yaşlı Şakir Ağa oğlu Qafarov Bakı istiqamətinə gedərkən bərpa işləri gedən hissədə beton maneəyə çırpılıb.

Sürücü Siyəzən Müalicə Diaqnostika Mərəkəzinə aparılıb və həkimlərin səyinə baxmayaraq orada keçinib.

Hadisəyə yüksək sürətin səbəb olduğu deyilsə də bu, təyin olacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat  şöbəsində cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO