"Rza indi saqqal buraxır. Bax Rza, efirə baxırsansa, deyirəm, mənim ad günümdə saqqal saxlama".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Sənətçi proqramda özündən 12 yaş kiçik əslən iranlı idmançı həyat yoldaşı Rza Toninin saqqal saxlamasından şikayətlənib. Ələsgərli Toninin saqqallı görünüşünü bəyənmədiyini dilə gətirib:
"Saqqalını qırx, xoşuma gəlmir. 5 dəfə "əzizim" formasında söyləmişəm. Sonuncu dəfə dedim ki, bax, onu qırxmasan... Qulaq asmır".
Qeyd edək ki, bu, Nüşabə Ələsgərlinin Rza Toni ilə sayca ikinci evliliyidir. Onun ilk nikahdan Nigar adlı bir qızı və Orxan adlı bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:49 / 24.12.2022
Nüşabə idmançı ərindən şikayətləndi: "Mənə qulaq asmır" - VİDEO
Hazırda oxunan: Nüşabə idmançı ərindən şikayətləndi: "Mənə qulaq asmır" - VİDEO
Hazırda oxunan: Nüşabə idmançı ərindən şikayətləndi: "Mənə qulaq asmır" - VİDEO
111516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.