Prezident doğum günündə Aygün Bəylərə EV BAĞIŞLADI - VİDEO 

Prezident doğum günündə Aygün Bəylərə EV BAĞIŞLADI - VİDEO 

Hazırda oxunan: Prezident doğum günündə Aygün Bəylərə EV BAĞIŞLADI - VİDEO 

111484

Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.  

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Söhbət musiqidən gedir" verilişində xəbərdar olub.  

Bu xoş xəbəri ona verilişin aparıcısı Leyla Quliyeva çatdırıb.  

“Bu gözəl gündə Heydər Əliyev Fondu və cənab Prezident sizi təbrik edir. Ev sizindir”, - deyə Leyla bildirib.

Bunu eşidən Aygün Bəylər sevincdən göz yaşlarına boğulub. O, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.  

Qeyd edək ki, Aygün Bəylər bir neçə il əvvəl solo konsertini təşkil etmək üçün evini girov qoyub. Lakin konsert “Günəşli” yatağında baş verən dəhşətli faciə ilə üst-üstə düşdüyü səbəbi ilə təxirə salınıb.
Belə olan halda sənətçi həmin məbləği itirib. Əməkdar artist ev probleminin həlli səbəbi ilə Heydər Əliyev Fonduna müraciət edib. Əməkdar artistin bu müraciəti fond tərəfindən müsbət qarşılanıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO