Hamiləliyinin son günlərini yaşayan Aydan canlı efirdə HALSIZLAŞDI – VİDEO

Hamiləliyinin son günlərini yaşayan Aydan canlı efirdə HALSIZLAŞDI – VİDEO

Hazırda oxunan: Hamiləliyinin son günlərini yaşayan Aydan canlı efirdə HALSIZLAŞDI – VİDEO

111442

Ana olmağa hazırlaşan aktrisa Aydan Axundzadənin anidən halı dəyişib.

Bizim.Media xəbər verir ki, aktrisa həyat yoldaşı İbrahim Çingizlə qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda gözlənilmədən halsızlaşıb. 

Verilişin sonuna dəqiqələr qalmış aparıcı Günay Baxşəliyeva isə Aydanın yerini divanda rahatlayaraq, ona içməyə su gətirib və təcili tibbi yardıma zəng vurub. 

Hamiləliyinin sonuncu ayında olan Axundzadə “Yaxşıyam. Bura sürprizə hazır gəlmişəm.

Bilmək olmaz. Sizi qorxuda, həyəcanlandıra bilərəm. Biz artıq həkim çağırmışıq”, - deyə o, bildirib. 

Daha sonra isə veriliş sona çatıb. Aydan isə verilişin əvvəlində “Bu günlərdə ana olacağam” sözlərini dilə gətirib. 

Qeyd edək ki, Aydan Axundzadə Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru İbrahim Çingizlə evlidir. Cütlüyün qız övladı olacaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO