Rusiya qüvvələri Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var.
Bizim.Media "Ukrimform"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ukraynanın Xerson şəhərinin mərkəzinə Rusiya qüvvələri zərbələr endirib.
İlkin məlumata görə, 5 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.
Ukrayna Prezidenti Vladimir Zelenski də hücumla bağlı "Facebook" hesabında paylaşım edib.
“Sosial şəbəkələr çox güman ki, bu fotoları “həssas məzmun” kimi qeyd edəcək. Amma bu, həssas məzmun deyil, Ukrayna və ukraynalıların real həyatıdır. Terrorçu ölkə mülki əhalini atəşə tutur. Bura Xersondur, bu səhər, Milad bayramı ərəfəsində. Bunlar hərbi obyektlər deyil. Bu, müəyyən edilmiş qaydalar əsasında aparılan müharibə deyil. Bu terrordur, qorxutmaq və zövq almaq üçün öldürməkdir. Dünya bizim hansı mütləq şərə qarşı mübarizə apardığımızı görməli və anlamalıdır”, - Zelenski paylaşımında qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:23 / 24.12.2022
Rusiya Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var - FOTO
Hazırda oxunan: Rusiya Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var - FOTO
Hazırda oxunan: Rusiya Xerson şəhərinin mərkəzinə zərbələr endirib, ölənlər var - FOTO
111441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.