Qazax rayon Polis Şöbəsinə rayonun Daş Salahlı kəndindəki evlərdən birində yanğın hadisəsi baş verməsi daha sonra yanğının digər bir evə keçməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək yanğının qarşını almaq, evlərdəki vətəndaşların təxliyyə edilməsi üçün ilkin tədbirlər həyata keçirilib. Bundan başqa polis əməkdaşları hadisə yerini mühafizə edərək digər şəxslərin yaxınlaşmasının da qarşısını alıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğının qarşı alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:45 / 24.12.2022
Qazaxda güclü yanğın olub - FOTO
Hazırda oxunan: Qazaxda güclü yanğın olub - FOTO
Hazırda oxunan: Qazaxda güclü yanğın olub - FOTO
111409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.