Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 9-da Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonla görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Britaniyanın dövlət naziri Bakıdadır - YENİLƏNİB
Qeyd edək ki, Morton bu gün Azərbaycana ilk dəfə səfərə gəlib.
Vendi Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.
Bundan əlavə, dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək.
Bizim.Media